Salome Zurabişvili Xorvatiya prezidentini Gürcüstana dəvət edib

 

 

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Xorvatiya prezidenti,Zoran Milanoviçlə  koronavirus ilə əlaqədar yaranmış vəziyyətə dair telefonla danışıb.

Gürcüstan prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, prezidentlər, Gürcüstan və Xorvatiyanın hökumətləri  tərəfindən iqtisadi açılım  məqsədi üçün  hazırlanmış və koronavirus böhranının aradan qaldırılması üçün atılacaq olan konkret addımlardan danışıblar. Prezidentlər konkret  sahələr ilə bağlı təyin olunmuş  tədbirlərin yüngülləşdirilməsinə dair  mərhələli planları da müzakirə ediblər.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Salome Zurabişvili Xorvatiya prezidentini Gürcüstana səfərə dəvət edib.

“Xorvatiya prezidentinin də qeyd etdiyi kimi, o, gürcü mədəniyyətini və   şərabını çox sevir”, – deyə Prezidentin Mətbuat Xidməti tərəfindən yayılan məlumatda qeyd olunub.

 

 

Hazırladı-Sevinc Mustafayeva