Salome Zurabişvili Ukraynada aviaqəza nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi
Salome Zurabişvili Ukraynada aviaqəza nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi

Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynada aviaqəza nəticəsində insanların həlak olmasına görə kədərləndiyini bildirib.

“Şərqi Ukraynada baş verən aviaqəza nəticəsində gənc kadetlərin və pilotların həlak olduğu barədə xəbər çox ağırdır.  Həlak olanların ailələrinin və Ukrayna xalqının başı sağolsun” – yazır Salome Zurabişvili “Tvitterdə.

Ukraynada hərbi-nəqliyyat təyyarəsinin qəzasında 25 nəfər həlak oldu.