Salome Zurabişvili - Ukrayna hökuməti Gürcüstanla məsləhətləşmədən Mixeil Saakaşvilini təyin etdi
Ukrayna hökuməti Mixeil Saakaşvilini Gürcüstanla məsləhətləşmədən təyin etdi- bu barədə Gürcüstan prezidenti ″Financial Times″-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu qərar “Gürcüstan və Ukrayna arasındakı çoxəsrlik münasibətləri çətinləşdirib”.
“ Bu ehtiyyatla düşünülmüş bir qərar deyildi, məsləhətləşmədən, xəbərdarlıq etmədən, hətta sadə bildiriş belə olmadan onu qəbul etdilər.Buna baxmayaraq, Gürcüstan vəziyyəti çətinləşdirmək istəmir, çünki Gürcüstan və Ukraynanın çox vacib məsələlər birləşdirir “-deyə Salome Zurabişvili bildirib.
Xatırladaq ki, mayın 7-də Mixeil Saakaşvili Ukrayna İslahatlar Şurasının İcra Komitəsinin sədri olaraq təyin edildi. Bununla əlaqədar Gürcüstan hökuməti Ukraynadakı səfiri Teimuraz Şaraşenidzeni konsultasiyalar məqsədi ilə Tbilisiyə çağırdı.
Gürcüstanın Xİ naziri Davit Zalkalianinin sözlərinə görə, Gürcüstan Ukrayna ilə diplomatik münasibətlərini dayandırmağı və ya strateji tərəfdaşlığına yenidən baxmağı düşünmür, lakin Gürcüstan məhkəmə sistemi tərəfindən mühakimə olunan və axtarışda olan bir şəxsin strateji tərəfdaş tərəfindən vəzifəyə təyin olunması suallar doğurur.
Hazırladı-Sevinc Mustafayeva