Salome Zurabişvili - Türkiyədə çox sayda insanın həyatını alan dəhşətli zəlzələ ilə bağlı dərin kədər hiss edirəm
Gürcüstan prezidenti Salome Zurabişvili zəlzələ nəticəsində zərər görən Türkiyəyə baş sağlığı dilədi.
“Türkiyədə çox sayda insanın həyatını alan dəhşətli zəlzələyə görə çox kədərləndim.
Cənab prezident Erdoğan, gürcü xalqı türk xalqının yanındadır.
Başınız sağolsun” – yazır Gürcüstan prezidenti öz “Tvitter” səhifəsində.