Salome Zurabişvili-  Siyasi məhbusları əfv etmirəm, çünki Gürcüstanda bu gün siyasi məhbusların olmadığını tam məsuliyyətimlə  bildirirəm
Salome Zurabişvili-  Siyasi məhbusları əfv etmirəm, çünki Gürcüstanda bu gün siyasi məhbusların olmadığını tam məsuliyyətimlə  bildirirəm

Siyasi məhbusları əfv etmirəm, çünki Gürcüstanda bu gün siyasi məhbusların olmadığını tam məsuliyyətimlə  bildirirəm-deyə Gürcüstan prezidenti,Salome Zurabişvili ,  Qiqi Uqulava və İrakli Okruaşvili barələrində  verdiyi əfv qərarına izahat gətirərkən bildirib.

″Uqulava və Okruaşvili barələrində  əfv aktının verilməsinə    dair qərar  qəbul etdim.Mənim onlarla bağlı verdiyim əfv qərarı qüvvəyə minməzdən əvvəl, istəyirəm ki, ictimaiyyətə  müraciət edim, onlar üçün mənim bu günkü qərarım asanlıqla başa  düşülən olmayacaq   ,ola bilsin məni buna görə bağışlamasınlar.   Bu çətin qərarın səbəbini izah etməzdən əvvəl hər kəsə bir daha  əfvin  mahiyyətini izah etməliyəm. Siyasi məhbusları əfv etmirəm, çünki bu gün Gürcüstanda siyasi məhbusların olmadığını tam məsuliyyətimlə  bildirirəm “-deyə  Zurabişvili bildirir.

 

Hazırladı-Sevinc Mustafayeva