Salome Zurabişvili - Rusiya tərəfindən Gürcüstan iqtidarının strateji partnyorlarının yanında diskreditasiyası qeyri-məqbuldur
Rus medyasında Gürcüstan və onun strateji partnyorları ABŞ və Avropa İttifaqı haqqında növbəti yalan xəbər (feyk nyus) yayıldı, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatında deyilir.
Prezident administrasiyasının veb-səhifəsində yayılan bəyanatda qeyd olunur ki, rus veb-səhifəsində yayılan məqalədə əslində mövcud olmayan, saxta məktub göstərilir, hansını ki, güya Gürcüstan prezidentinə Avropa yaşam qaydasının dəstək komisiyasının vitse-prezidenti Marqaritis Şinas yazıb.
Saxta məktubda güya Marqaritis Şinas Gürcüstan prezidentinə, Gürcüstan ərazisində yaxın şərqdən qaçqın olan şəxslərin, sığınacağının inşaatını dəstəklədiyi üçün təşəkkür edir.
“Yalan məlumat yayaraq, Rusiya tərəfi Gürcüstan əhalisində iqtidara qarşı anti-qərb əhvali-ruhiyyə və etibarsızlıq yaratmağa çalışır.
Avropa İttifaqındaki partnyorlamımızdan xahiş edirik, Rusiya tərəfinin hərəkələri qınansın”- deyilir prezientin bəyanatında.