Salome Zurabişvili Rumıniya Senatının və Deputatlar Palatasının rəhbərləri ilə ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edib
Salome Zurabişvili Rumıniya Senatının və Deputatlar Palatasının rəhbərləri ilə ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edib

 

Gürcüstan prezidenti Buxarestdə rəsmi səfər çərçivəsində Rumıniya Senatının sədri vəzifəsini icra edən Alina Qorqiu və Deputatlar Palatasının sədri Marchel Cholaku ilə görüşüb.

Gürcüstanın Prezident Administrasiyası tərəfindən verilən məlumatda Rumıniyanın Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına sarsılmaz dəstəyinin bir daha qeyd edildiyi deyilir.

Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvü, Rumıniya parlamenti ilə dostluq qrupunun üzvü Teona Akubardia görüşdə Rumıniya ilə əməkdaşlığın daha da intensiv və yüksək səviyyəyə qaldırılması məsələsinin müzakirə edildiyini açıqlayıb.

” Strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması, yeni imkanlar və bunu müşaiyət edəcək yeni layihələrdən irəli gələrək bunun vacib səfər olduğunu hesab edirəm” -deyə Teona Akubardia bildirib.