Salome Zurabişvili Roma Papası Fransisk ilə danışıb.Gürcüstan prezidentinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, söhbət koronavirus böhranı zamanı beynəlxalq həmrəyliyin vacibliyindən düşüb. Gürcüstan prezidenti, Ümumi Gürcüstanın Katolikos Patriarxından Papaya isti salamlar çatdırıb və qeyd edib ki, bu gün katolikos patriarx ilə görüşü zamanı məhz beynəlxalq həmrəyliyin əhəmiyyətindən danışıb.
Söhbət, həmçinin Papa üçün əsas prioritetlərindən olan qlobal ekoloji vəziyyət və ətraf mühit məsələlərindən də düşüb.
Gürcüstan prezidentinin sözlərinə görə, ölkə üçün ətraf mühiti qorumaq və ölkədəki mövcud ekosistemlərin qorunmasına qayğı göstərmək çox vacibdir. Papa, ekoloji məsələlərdə Gürcüstanı tam dəstəklədiyini vurğulayıb.
Gürcüstan prezidenti Roma Papasına ölkənin işğal altındakı əraziləri və orda yaranmış humanitar böhranla bağlı da danışıb.Roma Papası bildirib ki, böhran zamanı qarşılıqlı ehtiyyac və xalqlar arasında qardaşlığın zəruriliyi daha da aydın görünür.
Roma Papası , mayın 14-də yer kürəsinin pandemiyadan xilası üçün dua edəcək. O, Gürcüstan prezidentinə söz verib ki, Gürcüstan üçün, böyük mənəviyyata malik və dəyərli xalq üçün dua edəcək.
Hazırladı –Sevinc Mustafayeva