Salome  Zurabişvili Qiqi Uqulava və İrakli Okruaşvilini əfv edir
Salome  Zurabişvili Qiqi Uqulava və İrakli Okruaşvilini əfv edir

 

 

Gürcüstan prezidenti Salome Zurabişvili  Qiqi Uqulava və İrakli Okruaşvilini əfv edir.

Bu barədə o, xüsusi brifinqdə bildirib.

Salome  Zurabişvilinin sözlərinə görə, o siyasi məhbusları əfv etmir,çünki  Gürcüstanda siyasi məhbuslar yoxdur.

″Uqulava və Okruaşvili barələrində  əfv aktının verilməsinə    dair qərar  qəbul etdim.Mənim onlarla bağlı verdiyim əfv qərarı qüvvəyə minməzdən əvvəl, istəyirəm ki, ictimaiyyətə  müraciət edim, onlar üçün mənim bu günkü qərarım asanlıqla başa  düşülən olmayacaq   ,ola bilsin məni buna görə bağışlamasınlar. Hər kəsə bir daha  əfvin  mahiyyətini  başa düşülən şəkildə  izah etməliyəm. Siyasi məhbusları əfv etməyəcəm, çünki bu gün Gürcüstanda siyasi məhbusların olmadığını tam məsuliyyətimlə  bildirirəm “-deyə  Zurabişvili bildirir.

 

Hazırladı-Sevinc Mustafayeva