Salome Zurabişvili Polşada İkinci Dünya Müharibəsinin 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək
Salome Zurabişvili Polşada İkinci Dünya Müharibəsinin 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək

Gürcüstan prezidenti salome Zurabişvili avqustun 31-dən sentyabrın 2-nə qədər, işgüzar səfərlə Polşa Respublikasına gedəcək.

Salome Zurabişvili Polşada İkinci Dünya Müharibəsinin 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində prezidentin Bolqariya, Estoniya və Ukrayna prezidentləri ilə görüşü planlaşrırılıb.

Prezident həmçinin, “Gürcüstandan 50 qadın” adlı sərgidə iştirak edəəck və “Qadınların siyasətdəki rolu” adlı konfransda nitqlə çıxış edəcək.