Salome Zurabişvili Polşa Respublikasına gedəcək
Salome Zurabişvili Polşa Respublikasına gedəcək

Gürcüstan prezidenti salome Zurabişvili avqustun 31-dən sentyabrın 2-nə qədər işgüzar səfərlə Polşa Respublikasına gedir.

Salome Zurabişvili Polşada İkinci Dünya Müharibəsinin 80-ci ildönümü ilə bağlı mərasimdə iştirak edəcək.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində prezident Bolqaristan, Estoniya və Ukrayna prezidentləri ilə görüşlər keçirəcək.

Prezident həmçinin, “Gürcüstandan 50 qadın” adlı sərgidə iştirak edəcək və “Qadının siyasətdəki rolu” adlı konfransda nitqlə çıxış edəcək.