Salome Zurabişvili - polis ictimai təhlükəsizliyi, sabitlik  və sülhü qoruyur ki, bu da pandemiya müddətində bir daha sübut olundu
 Salome Zurabişvili - polis ictimai təhlükəsizliyi, sabitlik  və sülhü qoruyur ki, bu da pandemiya müddətində bir daha sübut olundu

 

Gürcüstan prezidenti Salome Zurabişvili polisləri peşə günü münasibətilə təbrik edir.

„Polis ictimai təhlükəsizliyi, sabitlik  və sülhü qoruyan bir qurumdur və bu da pandemiya müddətində bir daha sübut olundu.

Hər bir polis işçisini peşə günü münasibətilə təbrik edir və bugünkü mürəkkəb çağırışlarla mübarizədə göstərdiyiniz peşəkarlığa görə sizə minnətdarlığımı bildirirəm. Sizə ölkənin rifahı üçün qələbələr və Gürcüstanın xidmətində uğurlar arzulayıram! ”- deyə Zurabişvili öz rəsmi ″Facebook ″ səhifəsində yazıb.

 Hazırladı-Sevinc Mustafayeva