Salome Zurabişvili - Parlamentdə baş verən proseslər demokratiyanın sonu deyil
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə proporsiyonal seçki sisteminə keçişlə bağlı konstitusiya dəyişikliklərinin ləğv olunması ilə bağlı bəyanat yayır.
“İlk növbədə, onu demək istəyirəm ki, ölkəmizdəki gərginlik və polyarizasiyadan irəli gələrək, ümumi nailiyyətimiz olan sabitliyimizin qorunması mənim əsas qayğımdır və millətimizin də tələbi budur. Hamımız bu tələbə hörmət etməliyik.
İctimaiyyətimiz skandallardan və krizislərdən yoruldu. O artıq siyasi tərəflərin bir-birinə etdikləri təhqirləri deyil, perspektivlər görmək istəyir. Parlament seçkilərinə qədər maksimal şəkildə dinc və rahat olmalıyıq ki, xalqımızın azad istəyini və tələbini qarşılaya bilək.
Demokratik ölkələrdə müxtəlif seçki sistemləri var: proporsiyonal, majoritar və qarışıq və heç bir sistem haqqında deyilməz ki, o demokratik deyil.
Sadəcə olaraq, siyasi vəziyyətdən və öz ambisiyalarından irəli gələrək, müxtəlif ölkələrdə, partiyalar müəyyən seçki sistemlərini tərcih edirlər. Təəssüf ki, ictimaiyyətimizin bu mövzu ilə bağlı yetərli qədər məlumatı yoxdur.
Həmçinin, təəssüf ki, beynəlxalq ictimaiyyətin rekomendasiyalarına cavab verən təşəbbüsümüzü yerinə yetirə bilmədik və yaxud istəmədik və bu da ölkədə baş verən proseslərin mənfi dəyərləndirilməsinə gətirib çıxardır, halbuki, bu yerdə, bizə hər istiqamətdə dəstək lazımdır.
Demokratiyamız bir çox çətinliklərlə qarşılaşdı və qarşılaşacaq da, ancaq polyarizasiyanın artırılmasından və gərginlik yaratmaqdan baş qaçırdsaq, biz onların öhdəsindən gələ biləcəyik.
Hərkəsdən siyasi məsuliyyət tələb olunur. Əminəm ki, yaranan gərgin vəziyyətdən çıxış resursu mövcuddur” – deylir prezidentin bəyanatında.