Salome Zurabişvili onuncu çağırış parlamentinə illik hesabatını yaz sessiyasında təqdim edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili onuncu çağırış parlamentinə illik hesabatını yaz sessiyasında təqdim etməlidir.

Reqlamentə əsasən, parlament yaz sessiyasının ilk plenar iclasında, ölkədəki ən önəmli məsələlərlə bağlı prezidentin hesabatını dinləyir.

Qanunverici orqan prezidentin çıxış tarixini prezident administrasiyası ilə razılaşdırır.

Keçən il Salome Zurabişvili illik hesabatını martın 4-də təqdim etmişdi.

Prezidentin hesabatına qulaq asmaq formatına gəlincə isə, reqlamentə əsasən, prezidentin çıxışından sonra fraksiya sədrləri çıxış edirlər.

Onların çıxışı isə, on dəqiqədən artıq olmamalıdır.

Sonra isə, prezident öz yekunu sözünü deyir.