Salome Zurabişvili Nikol Paşinyana tezliklə səhhətinə qovuşmağı arzulayıb
Gürcüstan Prezidenti Salome Zurabişvili, Ermənistanın Baş naziri Nikol Paşinyana səhhətinə qovuşmağı arzulayıb.
“Sizə və ailənizə tez bir zamanda səhhətinizə qovuşmağı arzulayıram” -deyə Gürcüstan prezidenti “Twitter” -də yazır.
Nikol Paşinyan Facebook-da canlı yayımda bu gün ailə üzvlərinin və özünün Covid-19-a yoluxduğunu bildirib. Baş nazir bu mərhələdə virus simptomlarının müşahidə olunmadığını və özünü təcrid etdiyi iqamətgahından işini davam etdirəcəyini açıqlayıb.
Hazırladı-Sevinc Mustafayeva