Salome Zurabişvili - nə qədər müstəqil olduğumu gerçəklik göstərəcək
Salome Zurabişvili - nə qədər müstəqil olduğumu gerçəklik göstərəcək

Nə qədər müstəqil olduğumu gerçəklik göstərəcək, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili “Frans24” teleşirkətinə müsahibəsində bəyan etdi. Salome Zurabişvilinin qeyd etdiyinə görə, Bidzina İvanişvilinin, onun siyasətinə təziqi mövcud deyil.

“Hakim partiya seçim etdi, məni dəstəklədi, kampaniya keçiriləndə artıq prezidentliyə namizəd idim. Mənim hansısa ilkin məsləhətləşmələrim yoxum idi. İndi mən, altı il müddətinə seçilən prezidentəm. Bu, Gürcüstan tarixində ən uzunmüddətli mandatdır. Mən başqa seçkilərdə iştirak etmirəm, bu da mənə tamamilə müstəqillik verir. Hakim partiya buna söz verdi. Onlar məni əmin etdilər ki, mən tamamilə müstəqil olacağam. Biz görəcəyik ki, nə qədər müstəqil olduğumu gerçəklik göstərəcək. Düşünürəm, mən bununla Gürcüstanda və onun xaricində tanınmışam”, – Gürcüstan prezidenti bəyan etdi.

Salome Zurabişvili işğal olunmuş ərazilər və 2008-ci il avqust müharibəsi barəsində söhbət etdi.

Müsahibəsində Zurabişvili həmçinin bəyan etdi ki, Gürcüstan Avropa və Avroatlantik strukturlarına inteqrasiya ilə bağlı optimistik əhval-ruhiyyəsindədir. Baxmayaraq ki, coğrafiya baxımından Gürcüstanın Avropa İttifaqı ilə quru sərhədi mövcud deyil.

NATO-ya üzvlüyə gəldikdə, Salome Zurabişvilinin dediyinə görə, aliyansa inteqrasiya Gürcüstana daha artıq təhlükəsizlik gətirəcək.