Salome Zurabişvili Mayk Pompeoya - Regionumuza və bütün dünyaya sülh içində yaşayan, stabil və demokratik Qafqaz lazımdır

Regionumuza və bütün dünyaya sülh içində yaşayan, stabil və demokratik Qafqaz lazımdır, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüş zamanı verdi.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili qeyd edti ki, rəsmi turne çərçivəsində. ABŞ-ın dövlət katibinin Gürcüstana gəlməsi, Gürcüstanın, Qafqazın və Qara Dənizin Amerika üçün önəmli olduğunu göstərir.

“Qafqazın önəmi xüsusi ilə də, regionda yaranan vəziyyətdən sonra artdı. Sülhün alternativi yoxdur. Regionun iqtisadi və siyasi inkişafı isə, bizim ümümi marağımızdır. Gürcüstan bu marağı qorumaq üçün ABŞ üçün regionun ən etibarlı partnyorudur” – dedi Salome Zurabişvili.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili dövlət katibinə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür etdi və qeyd etdi ki, deokupasiyaya sülh yolu ilə nail olmanın alternativi yoxdur. Bunun üçün isə, Cenevrə formatı kimi formatlardan istifadə edərək, effektiv danışıqlar lazımdır.

Mayk Pompeo ilə görüş zamanı prezident ümid bildirdi ki, Gürcüstan və ABŞ arasındaki dostluq və partnyorluq yeni səviyyəyə yüksələcək və azad ticarət haqqında danışıqlar başlayacaq.

ABŞ dövlət katibi Mayk Pompeo və Gürcüstan prezidenti Salome Zurabişvilinin görüşü bugün prezident administrasiyasında baş tutdu.