Salome Zurabişvili maskanın məcburi qaydada taxılması ilə bağlı qanunlayihəni imzalayıb
Salome Zurabişvili maskanın məcburi qaydada taxılması ilə bağlı qanunlayihəni imzalayıb

 

 Maskanın məcburi qaydada taxılması ilə bağlı qanunlayihəni Gürcüstan prezidenti Salome Zurabişvili  artıq imzalayıb- bu barədə Birinci Kanala  Prezident Administrasiyasının mətbuat xidmətindən   bildirilib.

 Bəhsi keçən qayda qanunvericilik carçısında dərc olunan andan etibarən qüvvəyə minəcək.

Maskanın məcburi qaydada taxılması ilə bağlı qanunlayihəni 76 deputat dəstəkləyib,heç kəs  qarşı çıxmayıb.

 Qanunlayihə ilə , pandemiya və ya epidemiya zamanı qapalı ictimai yerdə  maska taxma qaydalarının pozulması fiziki şəxsin 20 lari , qapalı ictimai yerə  maska taxmayan  bir şəxsin daxil olmasına icazə verilməsi , qapalı ictimai yerin  sahibi olan   hüquqi şəxsin  və ya fərdi sahibkarın   500 lari cərimələnməsi müəyyən olunacaq.

Bununla yanaşı, ictimai nəqliyyat ,o cümlədən  metro ilə hərəkət zamanı maska taxma qaydasının pozulması , qaydanı pozanın 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək. 

Həmçinin (M1 kateqoriyalı) taksi ilə yerdəyişərkən  maska taxma qaydalarının pozulması zamanı da 20 lari miqdarında cərimənin tətbiqi  nəzərdə tutulub.

   Hazırladı-Sevinc Mustafayeva