Salome Zurabişvili - Lekso Toradzenin vəfatı ilə Gürcüstan böyük gürcünü, musiqi böyük pianoçunu və dostlar böyük dostu itirdi
Salome Zurabişvili - Lekso Toradzenin vəfatı ilə Gürcüstan böyük gürcünü, musiqi böyük pianoçunu və dostlar böyük dostu itirdi

 

Gürcüstan Prezidenti Salome Zurabişvili pianoçu Aleksandre (Lekso) Toradzenin vəfatından dolayı kədərləndiyini bildirir. Salome Zurabişvilinin sözlərinə görə, Gürcüstan böyük gürcünü, musiqi böyük pianoçunu və dostlar böyük dostu itirdi.

“Lekso ilə təxminən 40 il əvvəl Nyu-Yorkda tanış oldum… o, “yeni” mühacir, mən “köhnə” mühacirin övladı idim və bütün axşam hər şeydən və Gürcüstandan danışdıq. O, olduqca istedadlı musiqiçi, mən gənc diplomat… bundan sonra tez-tez görüşmürdük, lakin bacardığım qədərilə heç bir konsertini qaçırmırdım, həmişə uzun zamanın çox yaxın dostu ilə görüşürmüş hissi ilə. Gürcüstan böyük gürcünü, musiqi böyük pianoçunu və dostlar böyük dostu itirdi”-deyə Salome Zurabişvili “Facebook” sosial şəbəkəsində yazır.

Pianoçu Aleksandre (Lekso) Toradze 69 yaşında vəfat edib. O, ABŞ-da yaşayırdı və orada öz evində dünyasını dəyişib.