Salome Zurabişvili -  Kutaisi Beynəlxalq Universitetinin açılışı, 1918-ci ildə, Dövlət Universitetinin açılışı qədər önəmli bir hadisədir
Salome Zurabişvili - Kutaisi Beynəlxalq Universitetinin açılışı, 1918-ci ildə, Dövlət Universitetinin açılışı qədər önəmli bir hadisədir

Kutaisi Beynəlxalq Universitetinin açılışı, 1918-ci ildə, Tbilisi Dövlət Universitetinin açılışı qədər önəmli bir hadisədir, – bu barədə bəyanatı Gürcüstan prezidenti salome Zurabişvili, Kutaisi Beynəlxalq Universitetinin açılış mərasimində nitqlə çıxış edərkən verdi.

Prezidentin dəyərləndirməsinə görə, Kutaisi Beynəlxalq Universitetinin açılışı ilə, gənclərə mükəmməl təhsil almaqla bərabər, dünya elmi ictimaiyyətin üzvü olmaq imkanı veriləcək.

“Təsadüfi deyil ki, bu önəmli hadisə Kutaidiə baş verir. Çünki Kutaisi Gürcüstanın həqiqi intelektual mərkəzidir.

Kutaisi – Gelati akademiyasıdır. Kutaisi gürcü xalqının təhsil missiyasını hər dövrdə layiqli şəkildə yerinə yetirdi” – dedi Salome Zurabişvili.

Nitqlə çıxış edərkən, Salome Zurabişvili Bidzina İvanişvili və ailəsinə bu universitetin açılması ilə etdikləri xeyriyyə aktı üçün təşəkkür etdi.

“Ölkə tarixində müxtəlif mərhələlər var. Bəzən mədəniyyətin inkişafında, xüsusi məsuliyyət metsenatlara və onların prioritetlərinə düşür. Tariximizdə belə bir metsenatlığın bir çox nümunəsi var. Bizim mədəniyyətimiz və inkişafımız çox zaman onlara dayanıb. Bugün məhz belə bir faktın şahadlarıyıq.

Bidzina İvanişviliyə, onun ailəsinə və fond “Kartuya” bu böyük hədiyyə üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu universitet gürcü mədəniyyəti və elmi üçün yeni bir Gelati olacaq” – dedi Salome Zurabişvili.