Salome Zurabişvili - Kişilik tək-təkə olar, qrup zorakılığı isə, qeyri-məqbul və qeyri-gürcü hərəkətdir
Kişilik tək-təkə döyüşdür, qrup zorakılğı isə, qeyri-məqbul və qeyri-gürcü bir hərəkətdir, – bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili, gənc futbolçu Giorgi Şakaraşvilinin ölümü ilə bağlı verdi.
“Birincisi, mən bilmirdim ki, Gürcüstanda bu qədər çox müstəntiq var. Hamı müstəntiq olub. Mən müstəntiq deyiləm və müstəntiq olmağı da düşünmürəm. Məncə bu işi prokurorluğa tapşırsaq və kənar şəxslər qarışmasa iş daha irəli gedər.
Yenə bir dəfə deyirəm, qrup zorakılğı qeyri-gürcü hərəkətidir və biz öz milli dəyərlərimizə geri qayıtmalıyıq. Biz gənclərimizi yalanlarla, bəzi şeyləri gizlətməklə, zorakılıqla böyütməməliyik. Əsl kişilik zorakılıq deyil, ölkənin adını ucaltmaqdır” – dedi Salome Zurabişvili.