Salome Zurabişvili-çıxış yolunu tapmaq,vəziyyəti yüngülləşdirmək ,stabilliyi və ölkənin beynəlxalq nüfuzunu qoruyub-saxlamaq mənim vəzifəmdir ,bir tək buna görə Uqulava və Okruaşvilinin əfv olunmasına dair qərar qəbul etdim
Çıxış yolunu tapmaq,vəziyyəti yüngülləşdirmək ,stabilliyi və ölkənin beynəlxalq nüfuzunu qoruyub-saxlamaq mənim vəzifəmdir ,bir tək buna görə Uqulava və Okruaşvilinin əfv olunmasına dair qərar qəbul etdim-deyə Gürcüstan prezidenti bildirib.
Onun sözlərinə görə, hər kəs tərəfindən bu gün ölkənin böhranın öhdəsindən uğurla gəlməsi,demokratik,müstəqil və stabil olmasının etiraf olunmasına baxmayaraq , ölkə siyasi böhran təhlükəsi ilə qarşı-qarşıyadır.
Prezidentin sözlərinə görə, müxalifət vəziyyəti manipulyasiya etməyə, iğtişaşlar törətməyə, prosesləri yenidən küçələrə daşımağa və bununla da destabilizasiya yaratmağa çalışır.
“Buna görə də hesab edirəm ki, çıxış yolunu tapmaq,vəziyyəti yüngülləşdirmək ,stabilliyi və ölkənin beynəlxalq nüfuzunu qoruyub-saxlamaq mənim vəzifəmdir ,bir tək bu səbəbdən qərar verəsi oldum″-deyə Salome Zurabişvili bildirib.
Hazırladı-Sevinc Mustafayeva