Salome Zurabişvili - İndi ölkədaxili qarşıdurması zamanı deyil
Salome Zurabişvili - İndi ölkədaxili qarşıdurması zamanı deyil

Hərkəsə müraciət edirəm, işğal edilmiş ərazilərimizdəki vəziyyətin hər gün daha da gərginləşdiyi və yeni çağırışlarla üzləşdiyimiz bir zamanda, ölkədaxili qarşıdurmaların yeri və zamanı deyil, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili prezident sarayında, Avtandil İoselianiyə Gürcüstanın milli qəhramanı statusunu verərkən verdi.

Milli qəhramanın mükafatını prezident onun həyat yoldaşına verdi.

“Qarşımızda bu qədər çağırışlar var, bu gün Gürcüstanın müstəqilliyinin əsaslandığı kilsəmizə qarşı mübarizə aparılır, ölkəmizdəki vəziyyətin qarışması düşmanımızı sevindirir və mən hər birinizə müraciət edirəm ki, belə çətin bir zamanda ölkə daxilindəki düşmanlığın yeri deyil. İşğal edilmiş ərazilərimizn qaytarılması bizi birləşdirən məqsəd olmalıdır” – dedi Salome Zurabişvili.

Onun dediyinə görə, seçki məcəlləsi üzrə işlər davam etməlidir ki, vətəndaşlar azad seçimlərini edə bilsinlər.