Salome Zurabişvili Qafqaz Müsəlmanları İdarəsinin sədrini 70 illik yubileyi ilə təbrik edir
Gürcüstan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadəyə anadan olmasından 70 illik və Şeyxülislam seçilməsinin 40 illik yubileyləri ilə bağlı təbrik məktubu göndərdi.
Prezidentin təbrik məktubu Bakıda keçirilən təntənəli yubileydə təqdim edildi.
“Gürcülər və Azərbaycanlılar fərqli dini mənsubiyyəti olan millətlərdir, ancaq din fərqinə baxmayaraq, onları hər zaman yaxın dostluq birləşdirib. Bu dostluğun möhkəmləndirilməsində Gürcüstan patriarxının və sizin rolunuz böyük olub.
İnanıram ki, bu dostluq heç bir zaman azalmayacaq. Onu qorumalıyıq və bununla regionumuzda sabitliyi və sülhü daha da möhkəmləndirməliyik” – deyilir Salome Zurabişvilinin məktubunda.
Bu barədə məlumatı prezidentin mətbuat xidməti yayır.