Salome Zurabişvili - Əməkdaşlıq və sülh yolu Gürcüstanın durduğu doğru yoldur, eskalyasiya və işğal isə, anarxizmdir

Gürcüstan prezidenti Salome Zurabişvili Vazianinin 4-cü mexanizasiyalı briqadasının bazasında 26 may tarixininin qeyd edilmə mərasimində çıxış edərkən həmrəylik və birgə mübarizənin əhəmiyyətinə diqqət yetirdi.

Onun dediyinə görə, təəssüf ki, həmrəyliyin və birgə mübarizənin zərurətini hərkəs bu qlobal pandemiya zamanı dərk etdi.

“İndi daha yaxşı görürük doğru yol hansıdır. Gürcüstan sülh və əməkdaşlıq yolunda durur. Həmrəylikdən, birgə mübarizədən imtina etmək, ekskalyasiya və işğal isə anarxizmdir.

Yeni dünyada Avropa böyük çağırışlar qarşısında və həmrəyliyin yeni mərhələsində dayanlıb. Bizim üçün isə, Avropa hər nə qədər dəyişsə də, onunla sıx əməkdaşlıqdan başqa alternativimizin olmadığı yenə bir dəfər aydın oldu” – dedi Salome Zurabişvili.