Salome Zurabişvili Buxarestdə naməlum əsgərin abidəsi önünə əklil qoyub
Salome Zurabişvili Buxarestdə naməlum əsgərin abidəsi önünə əklil qoyub

 

Gürcüstan prezidenti Salome Zurabişvili Buxarestə rəsmi səfəri çərçivəsində naməlum əsgərin abidəsi önünə əklil qoyub.

Gürcüstanın Prezident Administrasiyası tərəfindən verilən məlumatda Salome Zurabişvilinin naməlum əsgərin abidəsini rəsmi nümayəndə heyəti ilə birlikdə ziyarət etdiyi deyilir.

Fəxri qarovul dəstəsinin iştirakı ilə keçirilən mərasimdə Gürcüstan və Rumıniyanın himnləri səsləndirilib.

Prezident fəxri qonaqlar kitabına ürək sözünü yazıb.