Salome Zurabişvili - Avropa liderləri Rusiyanı əmin etməlidirlər ki, hədə və gücdən istifadəyə yox desin və qanuna müvafiq olaraq hərəkət etsin
Salome Zurabişvili - Avropa liderləri Rusiyanı əmin etməlidirlər ki, hədə və gücdən istifadəyə yox desin və qanuna müvafiq olaraq hərəkət etsin

2008-ci ilin Rusiya-Gürcüstan müharibəsinə, iki bölgədə Rusiya hərbiçiləri tərəfindən işğala, müxtəlif formalı təziqə baxmayaraq, Gürcüstan demokratiya, iqtisadi inkişafı və avrointeqrasiya yolunda durur, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili Litvada, Valdas Adamkus adına hərillik konfransda nitqlə çıxış edərkən bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstan ona qarşı həyata keçirilən işğal və təziqə qarşı asılı olmağa rədd cavabı verir.

“Bizə partnyorlarımızın dəstəyi lazımdır, danışıqlar formatını fəallaşdıraq ki, buna real siyasi əhəmiyyət verək. Biz yalnız onunla kifayətlənməməliyik ki, Cenevrəyə gedəcəyik, söhbət edəcəyik və heç nə dəyişməyəcək. Bizə dəstək lazımdır ki, münaqişə və işğalı dəf edək. Borderləşdirmə probleminə uzaqdan və yaxından yalnız baxmaq, vəziyyəti dəyişməyəcək. Avropa liderləri Rusiyanı əmin etməlidirlər ki, hədə və gücdən istifadəyə yox desin və qanuna müvafiq olaraq hərəkət etsin”, – Salome Zurabişvili bəyan etdi.