Salome Zurabişvili Avrokomisiya prezidentinə məktubla müraciət etdi
Gürcüstan prezidenti Salome Zurabişvili Avrokomisiyanın prezidenti Ursula Fon Der Laienə məktubla müraciət etdi və koronavirus nəticəsində zərər görən ölkələrin iqtisadiyyatının stimulyasiya paketi ilə bağlı razılaşmayı tarixi bir qərar adlandırdı.
Bu haqda məlumatı prezidentin mətbuat xidməti yayır.
“Bugün tarixi bir gündür! Koronavirusdan zərər görən iqtisadiyyatların stimulyasiya paketi ilə bağlı birgə razılaşma tarixi bir qərardır və bununla Avropa İttifaqı bütün dünyaya həmrəyliyin bariz nümunəsini göstərdi.
Pandemiyanın səbəb olduğu dünya krizisinə baxmayaraq, Avropa İttifaqı tərəfindən elə bir qərar verilir, hansı ki, Avropa İttifaqının qüclənməsi və inkişafı üçün əlverişli olacaq. Belə ağır bir çağırış qarşısında, Avropa İttifaqı Gürcüstanın ən güclü dəstəkçisi və partnyoru olmağa davam edir” – deyilir prezidentin məktubunda.
