Salome Zurabişvili Aleksander van den Beleni Avstriya prezidenti seçilməsi münasibətilə təbrik edib
Salome Zurabişvili Aleksander van den Beleni Avstriya prezidenti seçilməsi münasibətilə təbrik edib

 

Gürcüstan prezidenti Salome Zurabişvili Aleksander van den Beleni Avstriya prezidenti seçilməsi münasibətilə təbrik edib.

Salome Zurabişvili “Twitter” səhifəsində Avstriya və Gürcüstanın yaxın dost və möhkəm əlaqələrə malik olduğunu bildirib.

“Prezident Aleksander van den Beleni yenidən seçilməsi münasibətilə təbrik edirəm. Avstriya və Gürcüstan yaxın dostdurlar və inkişaf etməkdə olan möhkəm əlaqələrə malikdirlər. Əminəm ki, biz bu müsbət yolu davam etdirəcəyik” -deyə Salome Zurabişvili yazır.