Salome Samadaşvili - Giorgi Rurua həbsxanada olduğu müddətdə, müxalifət konstitusiya dəyişikliklərini dəstəkləməyəcək
“Milli Hərəkatın” üzvü Salome Samadaşvilinin bəyanatına görə, Giorgi Rurua həbsxanada olduğu müddətdə, müxalifət konstitusiya dəyişikliklərini dəstəkləməyəcək.
Salome Samadaşvilinin dediyinə görə, məhkəməyə iqtidar tərəfindən siyasi təzyiq davam edir.
“Çox təəssüf ki, məhkəməyə siyasi təzyiq hələ də davam edir. Hərhansı bir müstəqil məhkəmə fərqli qərar verərdi. 8 mart razılaşması yerinə yetirilmiş hesab edilmir. Giorgi Rurua həbsxanada olduğu müddətdə, müxalifət konstitusiya dəyişikliklərini dəstəkləməyəcək” – dedi Salome Samadaşvili.