Sakstat işlə təmin edilmə və işsizlik statistikasında yeni standartlar tətbiq edir
Sakstat (Gürcüstanın statistika departamenti) işlə təmin edilmə və işsizlik statistikasında yeni standartlar tətbiq edir.
Bu barədə bəyanatı Gürcüstanın Milli Statistika xidmətinin rəhbəri Qogita Todradze parlamentin sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin iclasında, 2019-cu ilin fəaliyyəti ilə bağlı hesabat təqdim edərkən verdi.
“Yeni sorğu və tədqiqat kitablaçarı hazırlandı. Öz istifadəçisi üçün produksiya istehsal edən özünü işlə təmin edən kateqoriyalar, yeni standartlarla qeydiyyatdan artıq başqa statusla keçəcəklər və bu da işsizlik statistikasında yeni dəyişiklikərə səbəb olacaq. Köhnə kitabçalarla paralel olaraq, yanvar ayından yeni tədqiqat qaydaları ilə göstərici yığmağa davam edəcəyik” – dedi Qogita Todradze.