Sabahdan Gürcüstanın mühafizə olunan  ərazilərinə ziyarətçilərin  qəbulu bərpa oluncaq
Sabahdan Gürcüstanın mühafizə olunan  ərazilərinə ziyarətçilərin  qəbulu bərpa oluncaq

 

 Sabahdan,iyunun 15-dən etibarən  Gürcüstanın bütün  mühafizə olunan  ərazilərinə ziyarətçilərin  qəbulu bərpa oluncaq.Məlumatı Mühafizə olunan Ərazilərin Agentliyi yayır.

 Onların sözlərinə görə, ərazilərə girişə,  yeni növ  koronavirusun yayılmasının qarşısının alınması üçün hazırlanan tövsiyyələrə əməl olunaraqdan  icazə verilir.

Agentlikdən  bildirilir  ki, əraziyə girməzdən əvvəl bütün ziyarətçilər kontaktsız termoskrininqdən keçəcəklər. Bununla yanaşı, qapalı binalarda və ziyarətçilərin  mərkəzlərində, o cümlədən mağaralarda, maska taxmaq  və məsafəni qorumaq məcburidir.

  

Hazırladı-Sevinc Mustafayeva