Sabahdan etibarən açıq məkana sahib ictimai qida obyektləri açılır -   hansı şərtlərin  qorunması zəruri olacaq
Sabahdan etibarən açıq məkana sahib ictimai qida obyektləri açılır -   hansı şərtlərin  qorunması zəruri olacaq

 

 

 Sabahdan etibarən açıq məkana sahib ictimai qida obyektləri açılır .Bir masa ətrafında  6 nəfərdan artıq insanın əyləşməsinə icazə verilməyəcək. İstisna olaraq, əlavə 12 yaş altı yeniyetmənin  masada oturmasına icazə veriləcək.Açıq məkana sahib ictimai  qida obyektləri  üçün tələblər  Ekaterine Tikaradzenin əmri əsasında müəyyən olunub. Rekomendasiyalara  əsasən, masalar arasındakı məsafə iki metrdən, stulların arxaları arasındakı məsafə isə bir metrdən az olmamalıdır.

İki metrlik təhlükəsiz  məsafəni təmin etmək mümkün olmadıqda, müvəqqəti qoruyucu səddən istifadə edilə bilər. Lakin,  onların istifadəsinə sahəsi  30 m2-ə qədər  olan ümumi yemək otaqlarında  icazə verilmir. Sahəsi 31 m2-dən yuxarı olan , yemək otağının ümumi sahəsinin 50% -dən çox olmaması şərti ilə  qoruyucu səddlərdən  istifadə etmək mümkündür (bu vəziyyətdə bir nəfər üçün sahə ən azı 1,8 m2 olmalıdır).

Nazirin tövsiyyələrinə əsasən, qida  obyekti qonaqlar üçün çap edilmiş (birdəfəlik) menyu təqdim etməlidir. Elektron menyu təklif edildiyi təqdirdə, əl gigiyenası üçün dezinfeksiyaedici maddələr,müvafiq icbari işarə göstərilməklə, menyunun  lövhəsi yaxınlığına  yerləşdirilməlidir;

Oxşar tələblər 8 iyun tarixində açılması planlaşdırılan qapalı  məkana sahib  ictimai qida  müəssisələrinə  də aiddir, lakin , qapalı kafe və restoranlar   əlavə havalandırmanı da təmin etməlidirlər. Ekaterine Tikaradzenin tövsiyyələrinə görə, binada təbii havalandırma olmadıqda, bayırdan  daxil olan havanın artan  konsentrasiyası ilə , dolaşan və bayıra  çıxarmaq yolu ilə süni havalandırmadan  istifadə etmək lazımdır.

İçki xidməti sahəsindəki (bar) qapalı tipli müəssisələr, barmenlərlə istifadəçilərin  birbaşa kontaktını aradan qaldırmaq  üçün, içki xidmətini  fərdi şəkildə, masa çatdırılması xidməti ilə təmin etməlidirlər.

Qabların yuyulmasına gəlincə isə, əl ilə yuyarkən aşağıdakı prosedurlara əməl olunmalıdır:

-Qablar mexaniki olaraq qida artığından  azad olunmalıdır;

-Birinci mətbəx lavabında   temperaturu 40 dərəcədən az olmayan su və yuyucu vasitələrdən istifadə edərəkdən  yuyulmalıdır;

-İkici mətbəx lavabında temperaturu 40 dərəcədən az olmayan su və daha az miqdarda yuyucu vasitələrdən istifadə edərəkdən təkrar  yuyulmalıdır;

-Temperaturu  65 dərəcədən az olmayan  axar  isti sudan keçirilməlidir;

-Sudan arınmalı və qurudulmalıdır

 Tövsiyyələrdə bildirilir ki, yemək qablarının əl ilə yuyulması halında  üç tərəfli lavaba , şüşə qablar və yemək qurğuları  üçün isə  iki tərəfli lavaba nəzərdə tutulmalıdır. Məhdud çeşidli təşkilatlarda yemək qabları və  cihazların iki tərəfli  mətbəx lavabasında  yuyulmasına icazə verilir.

Pivə barlarında, şüşələr və bardaqlar  temperaturu  45-50 ° C-dən aşağı olmayan   isti su ilə yuyucu və dezinfeksiyaedici maddələrdən istifadə olunaraqdan yuyulur .

Hazırladı-Sevinc Mustafayeva