Rustavidə baş verən yanğın nəticəsində, binanın birinci və beşinci mərtəbəsində yaşayanlar həlak oldular
Rustavidə baş verən yanğın nəticəsində, binanın birinci və beşinci mərtəbəsində yaşayanlar həlak oldular

Rustavidə baş verən yanğın nəticəsində üç nəfər həyatını itirdi.

Hadisə haqqında detallar hələlik məlum deyil.

Yanğın Megobroba küçəsi N3-də, yaşayış binasının birinci mərtəbəsində baş verdi.

Yanğın nəticəsində öncə birinci mərtəbədə yaşayan orta yaşlı bir kişi həyatını itirdi, daha sonra isə, məlum oldu ki, binanın dördüncü mərtəbəsində yaşayan gənc qadın və beşinci mərtəbəsində yaşayan bir kişi də həyatlarını itiriblər.

Onların ölüm səbəbi düstüdən intoksikasiyadır.

Həlak olanlardan başqa, zərər görənlər də var. Onlardan biri pəncərədən atlayan gənc qadındır. Onun ayağı qırılıb və hazırda əməliyyatdadır.

Yanğının çıxma səbəbini indi öyrənirlər. Hadisə ilə bağlı istintaq aparılır.