Otar Kereselidzenin məlumatına görə, "Çempion" ticarət mərkəzində produksiyanın 50 faizindən artığının xilas edilməsi mümkün oldu
Otar Kereselidzenin məlumatına görə, "Çempion" ticarət mərkəzində produksiyanın 50 faizindən artığının xilas edilməsi mümkün oldu

Fövqəladə Hallar İdarəsi Xidmətinin Tbilisi Baş İdarəsinin rəisi, Otar Kereselidzenin bəyan etdiyinə görə, “Axmeteli” metrostansiyası ərazisində yerləşən “Çempion” ticarət mərkəzində yanğının vaxtında lokallaşdırılması və alovun yayılmasının başdan rədd edilməsi mümkün oldu.

“Hadisə yerinə bir neçə dəqiqəyə 21 yanğınsöndürən-xilasedici briqada səfərbər olunmuşdu. Alovun yaxınlıqda yerləşən qaz doldurma məntəqəsinə yayılması təhlükəsi var idi. Halbuki yanğınsöndürən-xilasedicilərin vaxtında və operativ münasibəti nəticəsində, yanğının vaxtında lokallaşdırılması və alovun yayılmasının başdan rədd edilməsi mümkün oldu. Binada yerləşən məhsulun təxminən 50 faizi xilas edildi”, – Kereselidze bəyan etdi.

Elə onun məlumatına görə, yanğın bu vaxt üçün likvidasiya edilib və müəyyən ocaqların işlənilməsi həyata keçirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tbilisidə “Axmeteli” metrostansiyası ərazisində, “Çempion” ticarət mərkəzində yanğın sabah açılarkən əmələ gəldi.