Rustavi-Tbilisi mikroavtobus sürücülərinin bir hissəsi işini dayandırıb

Rustavi-Tbilisi mikroavtobus sürücülərinin bir hissəsi işini dayandırıb.

Mikroavtobus sürücülərinin dediyinə görə, onlar şirkətə gündəlik ödənişin azadılmasını tələb edirlər, ancaq şirkət razı olmur və onlardan mikroavtobusların dayandırılmasını istədi.

Sürücülərin məlumatına görə, onlar şirkətə hər gün 55 lari verirlər, ancaq bu periodda yolçuların sayının az olduğu üçün 40 laridən artıq məbləği ödəyə bilmirlər.

Mikroavtobusların dayanması ilə bağlı bəyanatı “İntertrans” şirkəti yayır.

“Bildirmək istəyirik ki, yay fəslində yolçuların sayının azaldığı üçün sürücülər onsuz da azaldılmış məbləğ ödəyirlər. İki gün öncə şirkət və sürücülər arasında günlük vergi məbləği ilə bağlı razılaşma qoyuldu. Bugün isə, onlar vergi ödəməkdən imtina edirlər. Şirkət sürücülərə bu haqda dəfələrlə tapşırıq verdi, ancaq nəticəsi olmadı, ona görə də, şirkət sürücülərdən işlərini dayandırmağı tələb etdi. Heç bir sürücü işdən çıxarılmayıb. Yolçulara gəlincə isə, onlar üçün nəqliyyat problemi yaranmayacaq, çünki müxtəlif marşrutlara mikroavtobusların sayı artıb” – deyilir bəyanaytda.