Rustaveli prospektində müxalifətin aksiyası başa çatdı
Rustaveli prospektində müxalifətin aksiyası başa çatdı

Tbilisidə, Rustaveli prospektində müxalifətin aksiyası başa çatdı.

“Milli Hərəkatın” liderlərindən biri olan Nika Melia aksiya iştirakçılarına təşəkkür etdi və qeyd etdi ki, növbəti aksiyalar haqqında dəstəkçilərə bir neçə günə məlumat veriləcək.

“Milli işə xidmət etdiyiniz üçün sizə təşəkkür edirik. Bu mübarizə bizim üçün yorucu deyil. Bu taktik bir mübarizədir və burada dəfələrlə yığılmalı olacağıq.

İndi bir çox dəstəkçimiz regiondan gəlib və komendant saatı başa çatana qədər evinə qayıtmalıdır.

Növbəti aksiya 17-də, ya da 18-də keçiriləcək və dünya medyası da bizimlə olacaq.

Dözümünüzə, ağlınıza və praqmatizminizə görə, sizə təşəkkür edirik” – dedi Nika Melia.