Rustaveli caddəsində 20 iyun ilə bağlı aksiya keçirilir

Tbilisidə, Rustaveli prospektində 20 iyun ilə bağlı aksiya keçirilir.

“İşğala qarşı bərabər olaq” adlı aksiya “Ayıbdır” və “Cürət et” hərəkatlarının təşkilatçılığı ilə keçirilir.

Təşkilatçıların dediyinə görə, bugünki aksiyada çıxışlar və bir neçə musiqi performanslar olacaq.

Rustaveli caddəsi bağlıdır. Avtomobillər isə, alternativ yoldan hərəkət edirlər.

Rustaveli caddəsində iki metrlik sosiyal məsafənin qorunması üçün yerə stikerlər vurulub.

Stikerlərdə üzündə ayaq izləri olan, Rusiya prezidenti Vladimer Putinin rəsmi var.