Rusiya-Ukrayna müharibəsində həlak olan Davit Ratiani və Qia Beriaşvilinin mülki dəfn mərasimi keçirilir

 

Rusiya-Ukrayna müharibəsində həlak olan gürcü döyüşçü Davit Ratianinin mülki dəfn mərasimi Kaşueti kilsəsində keçirilir.

Qia Beriaşvilinin cənazəsi Temka qəbiristanlığının yaxınlığındakı Müqəddəs Məryəm kilsəsindədir.

Gürcüstanın iki vətəndaşı Qia Beriaşvili və Davit Ratiani martın 24-də vətənə gətiriliblər. Onlar martın 18-də Kiyev yaxınlığında, İrpen bölgəsində Rusiyanın Kiyevə hücumunu dəf edərkən həlak olublar.

Davit Ratiani və Qia Beriaşvili hərbi qaydada Dampalo və Temka qəbiristanlıqlarında dəfn olunacaqlar.