Rus əsgərləri tərəfindən işğal xəttinin yanında həbs edilən keşiş azad edildi
Rus əsgərləri tərəfindən işğal xəttinin yanında həbs edilən keşiş azad edildi

Rus əsgərləri tərəfindən Nikozi kəndində, işğal xəttinin yanında həbs edilən keşiş Davit Durqlişvili azad edildi.

Bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti təsdiqlədi.

Tsxinvali yeparxiyasının keşişi Davit Çiğladze dünən bəyan etmişdi ki, dini xadim Davit Durqlişviliyi rus əsgərləri işğal xəttində yerləşən yaşıl sahədən apardılar.

Həbs edilən Davit Durqlişvili 2008-ci ildən sonra Qoridə yaşayır və Nikozi və Tsxinvali yeparxiyasında xidmət edir.