"Rtveli 2020" çərçivəsində, Kaxetidə 48 min tondan artıq üzüm işlədildi
Milli Şərab Agentliyinin məlumatına görə, 15 sentyabr göstəriciləri ilə, “Rtveli 2020” çərçivəsində Kaxetidə 48 min tondan artıq üzüm işlədildi: 36 min ton Rkatsiteli, 9 min ton Saperavi, 1.3 min ton Kaxeti yaşıl üzümü və digər müxtəlif növ üzüm.
“Rtveli 2020” çərçivəsində, Kaxetidə işlədilən üzümün proqnoz edilən sayı 300 min ton daxilindədir.
Agentliyin məlumatına görə, Kaxeti regionunda 1000 ton Rkatsitela və Kaxuri üzüm alan şirkət dövlət tərəfindən subsidiya alacaq və 1 kg üzüm üçün 80 tetri ödəməsi gərəkdiyi halda, 30 tetri ödəyəcək.