Rouz Qotmöller - NATO üçün hazırlıq cəsarət, özgüvən, tam ictimai dəstək və müxtəlif siyasi mövqeləri olan parlamentarların bərabər işləməsini tələb edir
NATO üçün hazırlıq və onun üzvlüyü cəsarət, özgüvən, tam ictimai dəstək və müxtəlif siyasi mövqeləri olan parlamentarların bərabər işləməsini tələb edir, – bu barədə bəyanatı NATO baş katibinin müavini Rouz Qotmöller, NATO-nu daimi nümayəndələri ilə bərabər, parlamentin sədri və deputatlarla görüş zamanı verdi.
Qotmöllerin dediyinə görə, NATO Gürcüstanda aparılan daxili və müdafiyə sektorundaki islahatların həyata keçirilməsini necə praktiki, eləcədə siyasi yardımla təmin edəcək.
“Demokratiyanın gücləndirilməsi, iqtisadi artım, müdafiyə qüvvələrinin və institutların modernizasiyası baxımından Gürcüstanda əhəmiyyətli tərəqqiyə nail olunub. Ancaq islahatlar davam etməlidir, çünki, NATO üçün hazırlıq və onun üzvlüyü cəsarət, özgüvən, tam ictimai dəstək və müxtəlif siyasi mövqeləri olan parlamentarların bərabər işləməsini tələb edir” – dedi Rouz Qotmöller.