Roman Qotsiridze - Ölkədə cəzasızlıq sindromu yaranır, cinayət dünyasını dayandırmaq mümkün deyil
Son üç il ərzində, faktiki olaraq, hər şey daha pis olub, – bu bəyanatı “Milli Hərəkat” partiyasının sədri Roman Qotsiridze 23 yaşlı qızın ölüm faktı ilə bağlı verdi.
“Dəhşətin baş vermədiyi bir günümüz olmur. Hər gün ayrı bir cinayət, zorakılıq törədilir. Bu “Gürcü Arzusunun” yaratdığı atmosferin nəticəsidir. Ölkədə cəzasızlıq sindromu baş alıb gedir. Son üç ilin statistikasına baxsaq, faktiki olaraq, vəziyyət pisləşib. Tək çıxış yolu kriminallara öz yerini bildirməkdir” – dedi Qotsiridze.
Xatırladaq ki, dörd gün öncə itkin düşən 23 yaşlı qızın cəsədi bugün Tetritskaro meşəsində tapıldı.