Roma Papası - İsrail və Fələstində baş verənləri düşünürəm, narahat olur və kədərlənirəm, işgəncələrə məruz qalan Ukraynanı da düşünürəm, müharibə həmişə məğlubiyyətdir, qardaşlar, dayanın
Roma Papası - İsrail və Fələstində baş verənləri düşünürəm, narahat olur və kədərlənirəm, işgəncələrə məruz qalan Ukraynanı da düşünürəm, müharibə həmişə məğlubiyyətdir, qardaşlar, dayanın

Roma Papası Fransisk İsrail və Qəzza sektorunu qarşıdurmaya son qoymağa çağırıb.

“Bir daha İsrail və Fələstində baş verənlər haqqında düşünürəm. Mən çox narahatam və kədərlənirəm. Bütün qurbanlara, girovlara, yaralananlara, ölənlərə və onların ailələrinə dua edirəm. Mən humanitar yardımın davam etdirilməsinə və girovların azad edilməsinə çağırışımı təkrar edirəm. Mən işgəncələrə məruz qalan Ukrayna haqqında da düşünürəm. Müharibə həmişə məğlubiyyətdir. Bu, insan qardaşlığının məhvidir. Qardaşlar, dayanın”, – deyə Papa qeyd edib.