Robot "Peper" gürcü tibb işçilərinə intensiv terapiya bölmələrində asistent olaraq, yardım edəcək [Video]
Səhiyyə Nazirliyinin bir illik fəaliyyətinin hesabatının təqdimatının sonunda, gürcü tibb işçilərinə koronavirusla mübarizədə yardım etmək üçün gətirilən robot “Peperi” ictimaiyyətə yenə bir dəfə təqdim etdilər.
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, robot intensiv terapiya bölmsində asistent olaraq, həkimləər yardım edəcək.
“Peper Gürcüstana dünən gəldi. O gürcü dilini hələ yaxşı bilmir. Biz isə, onun imkanlarını yaxşı bilmirik. O həkim asistentidir və intensiv terapiya bölməsində işləyəcək. Onunla daha yaxşı tanış olandan sonra, Peperi ictimaiyyətə yenə bir daha təqdim edəcəyik” – dedi Ekaterine Tikaradze.