Restoratorlar asosiasiyası və restoran sahəsinin nümayəndələri baş nazirlə görüş tələb edirlər
Restoratorlar asosiasiyası və restoran sahəsinin nümayəndələri baş nazir ilə görüşüb, restoran sahəsindəki problemlərin həllini tələb edirlər.
Onların bəyanatına görə, pandemiya ilə bağlı məhdudiyyətlər bu sahə üçün böyük problem yaradıb.
Restoratorlar asosiyasiyasının təsisçisi Şota Burcanadze bəyan edir ki, onlara baş nazir ilə görüşün yaxın zamanda baş tutacağı barədə məlumat verilib.
“Biz baş nazirə bizimlə görüşməsi üçün müraciət edirik. Müəyyən komunikasiyalarımız var və bizə deyilib ki, bu görüş yaxın günlərdə baş tuacaq. Bizim üçün çox vacibdir ki, mövcud olan vəziyyətdə, üzərimizdən vergi ağırlığı qaldırılsın və bankla əlaqələrimizə dövlət müdaxilə etsin. Biz problemlər haqqında danışmaq istəyirik.
Pandemiya şərtlərində problemlərimiz daimi olaraq, var idi, ancaq saat 22:00-dan restoranların bağlanması vəziyyətimizi tamamən dəyişdi. Burda maddi zərərdən başqa, işçilərin işsiz qalmasından da söhbət gedir, – dedi Burcanadze.
Restoran sahəsinin əməkdaşları iş saatlarının artırılmasını tələb edirlər.