Respublika Xəstəxanası bu gündən pasiyentlərə çoxprofilli xidmətlər təklif edir
Respublika Xəstəxanası bu gündən pasiyentlərə çoxprofilli xidmətlər təklif edir

 

İki il boyunca kovid klinika olaraq fəaliyyət göstərən akademik N.Ğipşidze adına Mərkəzi Universitet Klinikası bu gündən, mayın 10-dan etibarən vətəndaşlara çoxprofilli xidmətlər təklif edəcək. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Respublika Xəstəxanası pandemiya başlayan andan kovid klinikaya çevrildi. Bu müddət ərzində Respublika Xəstəxanası 340 çarpayı ilə koronaviruslu pasiyentləri qəbul edən ölkənin ən böyük xəstəxanası idi; Bu müddət ərzində xəstəxana 10 mindən çox yoluxmuş şəxsə tibbi yardım göstərib.

Mayın 10-dan Respublika Xəstəxanası kovid pasiyentləri qəbul etməklə yanaşı, təcili tibbi yardım, stasionar və ya ambulator, o cümlədən təcili təxirəsalınmaz yardım, ümumi cərrahiyyə, travmatologiya, kardiocərrahiyyə, neyrocərrahiyyə, reanimasiya, instrumental- laboratoroloji tədqiqatlar, ambulatoriya xidməti göstərəcək. Respublika Xəstəxanası post-pandemiya reallığını bərpa edilmiş infrastruktur, yenilənmiş, yüksək səviyyəli tibbi avadanlıqla qarşılayır. Səhiyyə Nazirliyindən kovid klinikadan hibrid rejimə keçid üçün müvafiq epidemioloji və infrastruktur işlərinin aparıldığını bildirirlər. Yaxın gələcəkdə klinikanın gücləndirilməsi məqsədilə çarpayıların sayının 600 ədədə çatdırılması və digər tibbi istiqamətlərin əlavə edilməsi nəzərdə tutulur.

“Respublika Xəstəxanasının rəhbərliyi və klinikanın idarəedici zənciri “Gürcüstan Medikal Holdinq” pasiyentlərə köklənmiş mühitin yaxşılaşdırılması istiqamətində fəal rejimdə işləməyə davam edir” – deyə Səhiyyə Nazirliyində bildirilir.