Rəcəb Tayyib Ərdoğan - Yaxın günlərdə Türkiyə ordusu Afrinin mərkəzini mühasirəyə alacaq
Rəcəb Tayyib Ərdoğan - Yaxın günlərdə Türkiyə ordusu Afrinin mərkəzini mühasirəyə alacaq

Bir neçə günə Türkiyə ordusu Afrinin mərkəzini mühasirəyə alacaq, – bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ədalət və İnkişaf Partiyasının” parlament qrupunun toplantısında çıxışı zamanı səsləndirib.

“Bu, terrorçu qruplaşmanı üstünlükdən məhrum edəcək. Borcumuz Türkiyənin nəyə qadir olduğunu göstərməkdir. Talabiyədən tutmuş Qamışlıya kimi hər yerdə terrorçuların kökünü kəsəcəyik, necə ki, bunu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında etmişdik”, – Ərdoğan bəyan etdi.

Türkiyənin dövlət başçısı bildirib ki, “Zeytun budağı” əməliyyatının başlandığı gündən Suriyanın Afrin bölgəsində 1715 terrorçu məhv edilib, Türkiyə ordusunun 32 hərbçisi şəhid olub.

“Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladı.