Rəcəb Tayyib Ərdoğan - İsraili dünyada müharibənin günahkarı elan edəcəyik
Rəcəb Tayyib Ərdoğan - İsraili dünyada müharibənin günahkarı elan edəcəyik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda fələstinlilərə dəstək mitinqində çıxış edərək, İsrailin Qəzzaya hücumlarını qətliam adlandırıb və əsas günahkarların İsrailin qərbli müttəfiqləri olduğuna diqqət çəkib.

“Biz İsraili dünya müharibəsinin günahkarı elan edəcəyik. Biz buna hazırlaşırıq və İsraili dünyaya müharibənin günahkarı kimi tanıdacağıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, “HƏMAS”ı terror təşkilatı hesab etmir.

Medianın məlumatına görə, mitinqə bir milyondan çox insan toplaşıb. Mitinq Atatürk Hava Limanında keçirilib.