Rəcəb Tayyib Ərdoğan - Qəzza sektorundakı qətliama görə ən böyük məsuliyyəti Qərb daşıyır, İsrail hətta qurban verilə biləcək bir piyondur
Rəcəb Tayyib Ərdoğan - Qəzza sektorundakı qətliama görə ən böyük məsuliyyəti Qərb daşıyır, İsrail hətta qurban verilə biləcək bir piyondur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə əsasən, Qəzzada törədilən qətliama görə ən böyük məsuliyyət Qərbin üzərinə düşür.

Rəcəb Tayyib Ərdoğan Qərb dünyasının Qəzzada günahsız insanların qətliamını qanuniləşdirmək üçün siyasətçiləri və medianı səfərbər etdiyini qeyd edərək, İsrailin hərbi cinayətlər törətdiyini bildirib.

Türkiyə prezidentinin fikrincə, İsrail piyondur, lazım gələrsə, qurban verilə bilər.

“Ukrayna-Rusiya müharibəsində həlak olan mülki vətəndaşlara görə timsah göz yaşları tökənlər Qəzzada minlərlə günahsız uşağın ölümünü səssizcə izləyirlər”, – Rəcəb Tayyib Ərdoğan İstanbulda fələstinlilərə dəstək aksiyasında çıxışı zamanı deyib.